...

"gobustone" gənc inşaatçılara yeni imkanlar açır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 14:04 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbələri gobustone məsaməli horgü bloklarının istehsalçısı olan AAC şirkətində 10 gün ərzində istehsalat təcrübəsi keçiblər.
"gobustone" gənc inşaatçılara yeni imkanlar açır (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbələri "gobustone" məsaməli horgü bloklarının istehsalçısı olan AAC şirkətində 10 gün ərzində istehsalat təcrübəsi keçiblər.

Təcrübə AzMİU ilə imzalanmış müqavilə əsasında həyata keçirilib. Belə ki, ötən ilin dekabr ayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiu) İstehsalat Təcrübəsi şöbəsi və AAC müasir tikinti materialları zavodu tələbələrin peşələrinə daha yaxşı yiyələnməsi məqsədilə istehsalat təcrübəsi haqqında əməkdaşlıq müqaviləsi imzalayıblar.

Tələbələrdən Cavid Əliquliyev təcrübə haqqında deyib: "Zavodun işçiləri təhsil aldığımız sahənin mütəxəssisləridir. Təcrübə zamanı onlardan aldığım məsləhətlərlə mənim üçün tamamən yeni olan məsələləri öyrəndim".

Onun fikrincə, gələcək karyeranın qurulması baxımdan təcrübə proqramının rolu çox yüksəkdir.

Təcrübənin məqsədi istedadlı tələbələri bu proqrama cəlb edərək, onlara öz biliklərini təcrübədə tətbiq etmək imkanı yaratmaqdır. Bundan əlavə, onların öz peşələrinə daha dərindən yiyələnərək karyeralarını qurmağa, işi daha asan tapmağa yardım etməkdir.

Mövsumova Əsli qeyd edib: "Burda hər bir bilik mənim üçün çox yeni idi. Tələbələrə olan tövsiyyəm odur ki, aktiv olsunlar, AAC kimi müasir biz zavodun yaratdığı şansdan istifadə edərək, həm karyera, həm də təhsil baxımından inkişaf edə biləcəksiniz. Zavodun işçiləri ilə daim təmasda olaraq onların təcrübəsindən yaralanmaq gələcəkdə mənim də öz karyera qurmağıma müsbət təsir edəcəyinə inanıram".

AAC yeni şirkət olmasına baxmayaraq, Azərbaycanda təhsilin inkişafına yönələn addımlar ataraq tələbələrə gələcək karyeralarının inkişafında kömək etmək məqsədilə bu günədək öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək üçün müxtəlif tədbirlər həyata keçirməkdə davam edir. Ekskursiyalar və istehsalat təcrübələrindən başqa AAC mütəxəssisləri tələbələrə nəzəri təlimlər keçməyi də planlaşdırır.

Xatırladaq ki, Almaniyanın "Wehrhahn" firmasının avadanlıqları ilə istehsal olunan "gobustone" məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. AAC müasir tikinti materialları zavodu SYNERGY GROUP-a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti