...

Bank Respublika biznes kreditləri üzrə şərtləri sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2013 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Kiçik və orta biznes sahibkarlarının rahatlığı və özəl sektorun inkişafı üçün daha əlverişli şərtlərin yaradılması məqsədi ilə Bank Respublika komissiya haqlarını azaldıb və 30 min manatdan aşağı olan girovların sığorta tələblərini ləğv edib.

Bankdan Trend-ə verilən məlumata görə, beləliklə, indi kiçik və orta biznes üçün biznes kreditləri üzrə komissiya haqqı 1%, kreditin maksimal məbləği 300 min manat, illik faiz dərəcəsi isə 22% təşkil edir.

Bununla yanaşı, Bank Respublikadan kredit alan müştərilərə konkret kredit ərizəsindən asılı olaraq illik faiz dərəcəsi üzrə 2%-dək endirim verilə bilər.

Bank Respublikadan kredit almağın üstünlüklərindən biri də krediti banka gəlmədən, bankın vebsaytı, bankomatları və ya mobil bank vasitəsi ilə ödəmək imkanlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti