...

"Nikoyl Bank" nizamnamə kapitalını 50 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2013 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Nikoyl" ivestisiya kommersiya bankının 12 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumata görə, bununla da şirkətin nizamnamə kapitalı 22,5 milyon manatdan 34,5 milyon manatadək artacaq.

I yarımilliyin sonuna olan məlumata görə, bankın məcmu kapitalı 35,48 milyon manata çatıb, kapitallaşmadan sonra onun həcmi Azərbaycan Mərkəzi Bankının yeni normativinə (50 milyon manat) yaxınlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti