...

Bu ilin 7 ayında DSMF-yə daxilolmaların 62,4 faizi qeyri-büdcə sektorunun payına düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2013 10:55 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1534,5 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 34,8 mln. manat və ya 2,3 faiz çoxdur. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
Bu ilin 7 ayında DSMF-yə daxilolmaların 62,4 faizi qeyri-büdcə sektorunun payına düşüb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Axundov/

İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1534,5 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 34,8 mln. manat və ya 2,3 faiz çoxdur. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 31,0 mln. manat və ya 3,6 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,8 faiz və ya 100,4 mln. manat artaraq 885,4 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,4 faizi və ya 552,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 96 mln. manat və ya 21 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 19,5 faiz və ya 90 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 48,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 36,7 faiz artıb.

2013-cü ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 333,0 mln. manat təşkil edib.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2013-cü ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1449,5 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1421,3 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,8 mln. manat və ya 1,8 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz və ya 23,9 mln. manat artaraq 1386,8 mln. manat təşkil edib.

2013-cü ilin yanvar-iyul aylarında əhaliyə 34,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 31,1 faizi hamiləliyə və doğuma görə, 29,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,4 faizi dəfn üçün, 23,7 faizi isə digər müavinətlərin payına düşür.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 28,2 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti