...

Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2013 17:36 (UTC +04:00)
Azərbaycan və Polşa hökumətləri iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Polşa hökumətləri iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Cümə günü Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, danışıqlar oktyabrın sonu-noyabrın əvvəlində Bakıda keçiriləcək İqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın altıncı iclasının gedişi zamanı aparılacaq.

İclas çərçivəsində hər iki ölkədən iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi də planlaşdırılır.

Ötən il keçirilən Azərbaycan-Polşa biznes forumunda əməkdaşlıq üçün perspektivli sahələr kimi tikinti, energetika, bank sektoru və s. sahələr göstərilib.

Hökumətlərarası komissiyanın həmsədri, energetika və sənaye naziri Natiq Əliyev tərəfindən qeyd olunduğu kimi, Polşa azad iqtisadi zonaların yaradılması, elmi-texniki, təhsil, nəqliyyat sahələrində böyük potensiala malikdir.

Nazir bildirib: "Azərbaycan və Polşa arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Dünyada davam edən maliyyə böhranına baxmayaraq, bu gün onlar yeni mərhələyə çıxıblar. İki ölkə arasında əməkdaşlıq üçün yaxşı mexanizmlər var və Azərbaycan hökuməti onun inkişafı üçün istənilən təkliflərə baxmağa hazırdır".

Əliyev bildirib: "Azərbaycan bu gün böyük neft və qaz emalı zavodunun tikintisi layihəsi üzərində işləyir və hökumət Polşa şirkətlərini bu layihədə görmək istəyərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti