Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T.Cəfərov/
İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyanın göstərişi ilə Gömrük Administrasiyasının rəhbəri vəzifəsinə Məsud Kərbasiyan təyin olunub. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.
Kərbasiyan Əhmədinejadın prezidentliyi dövründə bu vəzifədə çalışan Abbas Memarnejadı əvəz edəcək.
Qeyd edək ki, Kərbasiyan İranın sabiq prezidenti Məhəmməd Xatəminin dövründə də ölkənin Gömrük Administrasiyasının rəhbəri vəzifəsində çalışmışdı.