...

Azərbaycanda monetar inflyasiya 0,6 faiz təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2013 14:33 (UTC +04:00)
2013-cü ilin avqust ayında Azərbaycanda istehlak məhsulları və xidmət tariflərinin dəyəri ötən ilin analoji dövründə qeydə alınan göstəriciyə görə 0,3 faiz aşağı düşüb, səkkiz ayda isə 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 faiz artıb.
Azərbaycanda monetar inflyasiya 0,6 faiz təşkil edir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.Xəlilova/

2013-cü ilin avqust ayında Azərbaycanda istehlak məhsulları və xidmət tariflərinin dəyəri ötən ilin analoji dövründə qeydə alınan göstəriciyə görə 0,3 faiz aşağı düşüb, səkkiz ayda isə 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Hesabatda göstərilir ki, ərzaq məhsullarının qiyməti avqustda 0,8 faiz azalıb, qeyri-ərzaq məhsullarının qiyməti dəyişməyib, xidmətlərin tarifləri 0,1 faiz bahalaşıb.

2012-ci ilin yanvar-avqust aylarında qeydə alınan göstərici ilə müqayisədə ərzaq məhsulları 2,2 faiz, qeyri-ərzaq məhsulları 0,5, xidmət sahəsində tariflər isə 3,4 faiz bahalaşıb.

Avqust ayında mövsümü amillərlə bağlı olan məhsul və xidmətlər (meyvə və tərəvəz) nəzərə alınmamaqla dövlətin tənzimlədiyi istehlak qiymətlərinin baza indeksi ötən ayla müqayisədə 0,1 faiz, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə isə 0,6 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti