...

Tərtər rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 12:10 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il sentyabrın 20-də Tərtər rayonunun Seydimli kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tərtər rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il sentyabrın 20-də Tərtər rayonunun Seydimli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən çərşənbə axşamı Trend-ə daxil olan məlumatda deyilir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kiçik və orta həcmli çörək və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması;
- kiçik və orta həcmli üzümçülük və cins heyvandarlıq təsərrüfatlarının yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti