...

ARDNF: Azərbaycanda EITI hesabatı yeni standartlara uyğun şəkildə hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 10:48 (UTC +04:00)
Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünün (EITI) tətbiqi çərçivəsində 2013-cü ilin yekunları üzrə hesabat EITI-nin yeni standartlarına uyğun şəkildə hazırlanacaq.
ARDNF: Azərbaycanda EITI hesabatı yeni standartlara uyğun şəkildə hazırlanacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/

Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünün (EITI) tətbiqi çərçivəsində 2013-cü ilin yekunları üzrə hesabat EITI-nin yeni standartlarına uyğun şəkildə hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNF-in (Azərbaycan Respublikası Dövlət Neft Fondu) rəhbəri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.

Mövsümovun sözlərinə görə, yeni standartlara uyğun olaraq indi EITI çərçivəsində mədən sənayesi çərçivəsində ümumi əməliyyatların həcmi yox, təşəbbüsə üzv olan hər bir şirkətin məlumatları əks olunacaq.

EITI Beynəlxalq katibliyinin rəhbəri Yonas Moberq jurnalistlərə açıqlamasında bildirib ki, EITI çərçivəsində hesabatın yeni detallı və ətraflı forması xüsusilə neft-qaz sektoru daxil olmaqla hasilat layihələri çərçivəsində əldə olunan gəlirlər barədə məlumatı daha əlçatan edəcək.

Moberqin sözlərinə görə, EITI çərçivəsindəki 10 il ərzində Azərbaycan böyük yol keçib və təşəbbüsün inkişafına öz töhfəsini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti