...

Bu il Azərbaycanda mənzil maliyyələşdirilməsinin həcmi ötən ilin portfelini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 15:44 (UTC +04:00)
2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 80,21 milyon manat məbləğində kredit verilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün yekunları üzrə maliyyələşdirmənin həcmini təqribən 76 faiz üstələyir.
Bu il Azərbaycanda mənzil maliyyələşdirilməsinin həcmi ötən ilin portfelini ötüb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 80,21 milyon manat məbləğində kredit verilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün yekunları üzrə maliyyələşdirmənin həcmini təqribən 76 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Fondun statistik hesabatında deyilir.

AİF-in xətti ilə maliyyələşdirilməyə başlanandan 500,44 milyon manat məbləğində ipoteka krediti verilib. O cümlədən 2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat ipoteka krediti ayrılıb.

Hesabata əsasən, 3 rüb ərzində bankların əvvəl verdikləri kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 51,95 milyon manat təşkil edib. İlin əvvəlindən AİF tərəfindən 37 milyon manat dəyərində istiqraz yerləşdirilib.

İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər adi ipotekanın maliyyələşdirilməsinə ayrılır.

İyulda sosial ipotekanın maliyyələşdirilməsi üçün 2013-cü il dövlət büdcəsinə qoyulmuş 40 milyon manatdan qalan 20 milyon manat AİF-ə köçürülüb.

Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərin (borcalanların 39 faizi 18-29 yaşda, 33 faizi isə 30-35 yaşda olub) 72 faizi düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və 4 faiz dərəcə ilə 30 il müddətinə verilir. Sosial ipoteka üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti