...

Beynəlxalq konfransda Azərbaycan sığorta bazarının təqdimatı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2013 18:05 (UTC +04:00)
Baden-Badendə təkrar sığortaçıların beynəlxalq konfransı çərçivəsində ikinci dəfə Azərbaycan Günü keçiriləcək.
Beynəlxalq konfransda Azərbaycan sığorta bazarının təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Əliyev/

Almaniyanın Baden-Baden şəhərində təkrar sığortaçıların beynəlxalq konfransı çərçivəsində ikinci dəfə Azərbaycan Günü keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib.

O.Bayramov deyib: "Ənənəvi olaraq oktyabrın son həftəsi Baden-Badendə keçiriləcək tədbir zamanı konfrans iştirakçıları üçün oktyabrın 20-dən 24-dək Azərbaycan sığorta bazarının təqdimatı keçiriləcək".

Onun sözlərinə görə, ASA nümayəndələri bazardakı oyunçuların sayı, şirkətlərin fəaliyyətinin göstəriciləri, yığımların həcmi və barədə göstəricilər barədə məlumatlar təqdim edəcəklər.

Assosiasiya sədri qeyd edib: "Bundan əlavə, konfrans avropalı tərəfdaşlarla əlaqələrin qurulması və inkişafı, o cümlədən cari məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün əlverişli imkan yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti