...

Azərbaycanın mikromaliyyələşdirmə bazarı yaxın vaxtlarda ikiqat artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 13:24 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanın mikromaliyyələşdirmə bazarı ikiqat arta bilər.
Azərbaycanın mikromaliyyələşdirmə bazarı yaxın vaxtlarda ikiqat artacaq

Azərbaycan, Bakı, 4 oktyabr/Trend, müxbir A. Axundov/

Yaxın vaxtlarda Azərbaycanın mikromaliyyələşdirmə bazarı ikiqat arta bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev investorlar yarmarkasında çıxışı zamanı deyib. M. Musayev, həmçinin "Aqrarkredit" ASC bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədridir.

Onun sözlərinə görə, hazırda mikromaliyyə təşkilatlarının kredit portfeli 1 milyard dollara çatır və yaxın vaxtlarda bu rəqəm daha 1 milyard arta bilər.

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının (yarmarkanın təşkilatçısı) icraçı direktoru Jalə Hacıyeva deyib ki, hazırda Azərbaycanda mikromaliyyə təşkilatlarının müştərilərinin sayı 530 min nəfərdir.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin əvvəlində faktiki illik faiz dərəcəsinin tətbiqinə dair tələbləri (FİFD) tətbiq etməsi bank sektorunda rəqabət mühitini yaxşılaşdıracaq, belə ki, nəticədə qazanan müştərilər olacaq.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, AMB-nin Mərkəzləşdirilmiş Kredit Reyestrində sorğunun dəyərinin azaldılmasına dair qərarı da bazar üçün müsbət məqam oldu.

O bildirib ki, mikromaliyyə sahəsinə də təsir edən 2008-ci ildəki qlobal iqtisadi böhran şəraitində Azərbaycan bazarı inkişaf etməyə davam edib: "On il əvvəl mikromaliyyə təşkilatlarının portfeli 12 milyon dollar olduğu halda, hazırda bu rəqəm 1 milyard dollara çatır. Bazarın bütün kredit portfelinin təqribən 1 faizi risk altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti