...

"PAŞA Bank" Azərbaycanda “private banking” xidmətlərini təklif edən ən yaxşı bankı adına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 12:01 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank" beynəlxalq “World Finance” jurnalının təsis etdiyi nüfuzlu mükafatlarından biri olan “Best Private Bank, Azerbaijan” adına layiq görülüb. Mükafat iqtisadiyyatın müxtəlif sektorlarının liderlərinə əldə etdikləri nailiyyətlərə, innovativ yanaşmaya və ən yaxşı standartların və təcrübələrin tətbiqinə görə verilir.
"PAŞA Bank" Azərbaycanda “private banking” xidmətlərini təklif edən ən yaxşı bankı adına layiq görülüb

Azərbaycan, Bakı, Trend, 14 oktyabr /Trend/

Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank" beynəlxalq "World Finance" jurnalının təsis etdiyi nüfuzlu mükafatlarından biri olan "Best Private Bank, Azerbaijan" adına layiq görülüb. Mükafat iqtisadiyyatın müxtəlif sektorlarının liderlərinə əldə etdikləri nailiyyətlərə, innovativ yanaşmaya və ən yaxşı standartların və təcrübələrin tətbiqinə görə verilir. Bu mükafat "PAŞA Bank"ın Azərbaycanda bu xidmətlərin inkişafı istiqamətində atdığı addımların doğruluğunu və müvəffəqiyyətliliyini bir daha təsdiq edir.

"PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundovun sözlərinə görə, "hazırda "private banking" xidmətləri göstərən Qərb institutlarının yüzillik təcrübəsini yerli bankların təcrübəsi ilə müqayisə etmək düzgün olmazdır. "Lakin, bu cür xidmətləri sıfırdan təşkil etməyin öz üstünlükləri vardır. Məsələn, yeni texnologiyalar və metodikaların tətbiqi, buraxılan ənənəvi səhvlərin təkrarlamaması kimi. Hal-hazırda "PAŞA Bank" öz müştərilərinə, onların tələbatlarına uyğun olaraq tarazlaşdırılmış və əlverişli xidmətlər göstərir. Bu xidmətlər özlərində müştərilərin tələblərini və istifadədə rahatlığını özlərində birləşdirir. PAŞA Bankın nailiyyətlərinin ekspertlər birliyi tərəfindən belə yüksək qiymətləndirilməsi xüsusilə sevindiricidir".

Mükafat işgüzar nəşr tərəfindən 2007-ci ildə təsis olunub. Mükafatın nominantları "World Finance" jurnalının auditoriyasının açıq səsverməsi yolu ilə seçilir.

"PAŞA Bank" - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.
"PAŞA Bank" Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti