...

AİB: Azərbaycan ÜDM-nin artım tempi enerji resurslarına olan tələbatı üstələyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 14:49 (UTC +04:00)
2035-ci ilədək Azərbaycan ÜDM-nin artım tempi enerji resurslarına olan tələbatın illik artımından çox olacaq.
AİB: Azərbaycan ÜDM-nin artım tempi enerji resurslarına olan tələbatı üstələyəcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E. Əliyev/

2035-ci ilədək Azərbaycan ÜDM-nin artım tempi enerji resurslarına olan tələbatın illik artımından çox olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Asiya İnkişaf Bankının (AİB) "Asian Energy Oultook" adlı hesabatında deyilir.

Sənəddə deyilir ki, proqnozlara əsasən, Azərbaycan ÜDM-i 2035-ci ilə 4,4 faiz orta illik artım tempi ilə 61,9 milyard dollaradək artacaq: "Ölkə əhalisinin sayı 2035-ci ilə ildə orta hesabla 0,7 artımila 11 milyon nəfərə çatacaq. Nəticədə adambaşına düşən ÜDM-nin səviyyəsi 2010-cu ilin göstəricisi (2311 dollar) ilə müqayisədə 2 dəfədən çox artaraq 5605 dollara çatacaq".

AİB-in proqnozlarına əsasən, Azərbaycanda standart işgüzar ssenari üzrə enerji resurslarına olan yekun tələbat proqnozlaşdırılan dövr ərzində ildə 3 faiz artacaq. Bankın mütəxəssisləri hesab edirlər ki, enerjiyə olan sektor tələbatı müxtəlif artım templərini nəzərdə tutur.

Hesabatda deyilir ki, ən sürətli artım tempi ildə 4 faiz olmaqla nəqliyyat sektorunda gözlənilir ki, bu da 2035-ci ilə 1000 nəfərə düşən avtonəqliyyat vasitələrinin sayının 161,4-dək artması ilə şərtlənib: "Sənayedə enerjiyə olan tələbat hər il 2,4 faiz, digər sahələrdə (kommunal təsərrüfat, kənd təsərrüfatı və s) 2,3 faiz, qeyri-enerji sektorunda isə 2,2 faiz artacaq".

Mütəxəssislərin fikrincə, tələbatın artım tempi enerji mənbələrindən asılı olaraq fərqlənəcək.

Sənəddə qeyd edilir ki, elektrik enerjisinə olan tələbat gəlirlərin artması və istifadə edilən texnika sayəsində ildə 3,5 faiz artacaq, halbuki təbii qaz üçün bu göstərici 2,2 faiz təşkil edəcək və bütün ölkə üzrə qaz təchizatı infrastrukrunun inkişafı ilə müşayiət ediləcək: "Bu mənbələr 2035-ci ilədək tələbatın ildə 0,7 faiz azalacağı nefti getdikcə əvəz edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti