Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir A.Axundov/
Oktyabrın 18-də "Azərbaycan Beynəlxalq Bankı" (ABB) Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
AMB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, bankın aktivlərinin artım templərinin və kapital adekvatlığı əmsallarının optimal səviyyədə saxlanılması məqsədi ilə nizamnamə kapitalının artırılmasına dair 4 illik konsepsiya qəbul edilib.
İlkin olaraq bankın nizamnamə kapitalının 200 milyon manat məbləğində artırılması qərara alınıb, növbəti illərdə isə hər il 100 milyon manat artırılmaqla cəmi 500 milyon manat məbləğində artırılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda ABB-nin nizamnamə kapitalı 368 milyon manat təşkil edir.