...

Fond: Azərbaycan bazarında ən fəal sərmayəçilərdən biri BƏƏ-dən olan sərmayəçilərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2013 11:29 (UTC +04:00)
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün yeni ölkə deyil.
Fond: Azərbaycan bazarında ən fəal sərmayəçilərdən biri BƏƏ-dən olan sərmayəçilərdir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün yeni ölkə deyil.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov cümə axşamı Bakıda keçirilən "BakuBuild" sərgisi çərçivəsində AZPROMO-nun dəstəyi ilə "Dubai Exports" agentliyi tərəfindən Azərbaycanın investisiya imkanlarının BƏƏ-dən olan nümayəndələr missiyasına təqdimatında çıxışı zamanı bildirib.

AZPROMO-nun rəhbəri deyib: "1992-ci ildə bizim ölkələr arasında diplomatik əlaqələrin qurulmasından etibarən, Azərbaycan və BƏƏ öz qarşılıqlı əlaqələrində böyük inkişaf yolu keçiblər. On il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb, ölkəyə ümumilikdə 150 milyard dollardan çox investisiya yatırılıb. 1991-ci ildə müstəqilliyin bərpa olunmasından sonra ölkə ÜDM-də özəl sektorun payı sıfırdan 73-74 faizə qalxıb".

Məmmədovun sözlərinə görə, BƏƏ-dən olan sərmayəçilər Azərbaycan bazarında ən fəal sərmayəçilərdir: "Bizim əməkdaşlığımız fəal şəkildə inkişaf edir. BƏƏ-dən olan sərmayəçilər tərəfindən Azərbaycan iqtisadiyyatına 360 milyon dollar vəsait yatırılıb. Ölkələrimiz arasında ticarət dövriyyəsi hər il 115-120 milyon dollar təşkil edir. Hesab edirəm ki, bu rəqəm Azərbaycan və BƏƏ arasında iqtisadi əməkdaşlığın potensialını əks etdirmir. Əminəm ki, bu inkişaf yalnız dövlət investisiyaları hesabına deyil, həm də özəl sektor hesabına davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti