...

TRACECA Qara və Xəzər dənizlərində dəmiryol-bərə komplekslərinin istismarı prinsiplərini təkmilləşdirməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 14:10 (UTC +04:00)
TRACECA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Daimi Katibliyi Qara və Xəzər dənizlərində dəmiryol-bərə komplekslərinin istismarının başlıca prinsipləri haqqında əsas çoxtərəfli sazişə yeni texniki əlavə layihəsini hazırlayıb.
TRACECA Qara və Xəzər dənizlərində dəmiryol-bərə komplekslərinin istismarı prinsiplərini təkmilləşdirməyi təklif edir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E. İsmayılov/

TRACECA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Daimi Katibliyi Qara və Xəzər dənizlərində dəmiryol-bərə komplekslərinin istismarının başlıca prinsipləri haqqında əsas çoxtərəfli sazişə yeni texniki əlavə layihəsini hazırlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TRACECA-nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, mövcud layihə TRACECA-nın iştirakçı dövlətləri ilə razılaşdırma mərhələsindədir: "Gələcəkdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə çatdırmaqla İlyiçevsk-Klaypeda marşrutu üzrə "Vikinq" konteyner-kontreyler dəmiryol qatarının nümunəsində Baltik və Qara dənizləri arasında ən qısa nəqliyyat əlaqələrinin inkişafı özündə perspektivli layihə nümunəsini əks etdirir ki, bu da onun aktiv hazırlanma prosesini nəzərdə tutur".

TRACECA-nın hər bir ölkəsində beynəlxalq logistika mərkəzlərinin yaradılmasına gəlincə, bu, yüklərin nəqli və paylanılmasına çəkilən birbaşa və dolayısı xərclərin azalması fonunda hər bir ölkədən ixrac potensialının reallaşdırılmasında və milli iqtisadiyyatın inkişafında müsbət rol oynamağa hesablanıb.

TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti