...

Nazir: Azərbaycan bankları risklərin idarə edilməsində müstəqildir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 19:12 (UTC +04:00)
Azərbaycan bankları risklərin idarə edilməsi məsələsində müstəqildirlər.
Nazir: Azərbaycan bankları risklərin idarə edilməsində müstəqildir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan bankları risklərin idarə edilməsi məsələsində müstəqildirlər.

Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib:

"Başa düşürəm ki, bu problemlərin məğzi ondan ibarətdir ki, banklar girov qismində kənd yerində olan əmlakı həvəslə qəbul etmirlər. Çünki bu əmlakın ləğv edilməsi məsələsi və Bakı və digər iri şəhərlərdə əmlakı girov qismində qəbul etməyə üstünlük verilməsi ilə əlaqədar başqa amillər mövcuddur".

S.Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi mövcud vəziyyətə təsir etməyə kömək edəcək inzibati tədbirlərin tətbiqi imkanlarını görmür: "Ölkənin kommersiya bankları risklərin idarə edilməsi üzə öz siyasətlərini yürüdür və bu məsələdə müstəqildirlər. Maliyyə Nazirliyi bu məsələyə qarışa bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti