...

Samir Şərifov: Azərbaycanda bələdiyyələrin maliyyələşdirilməsi mexanizmlərinin inkişafı qanunvericilikdə dəyişiklikləri tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 20:13 (UTC +04:00)
Qanunvericilikdə müvafiq dəyişikliklər etməklə bələdiyyələrin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələsini həll etmək olar.
Samir Şərifov: Azərbaycanda bələdiyyələrin maliyyələşdirilməsi mexanizmlərinin inkişafı qanunvericilikdə dəyişiklikləri tələb edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/

Qanunvericilikdə müvafiq dəyişikliklər etməklə bələdiyyələrin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələsini həll etmək olar.

Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, eyni zamanda digər faktorları da nəzərə almaq lazımdır: "Məsələ təkcə bələdiyyələrin maliyyələşdirilməsi həcminin artırılmasında deyil, həmçinin bu vəsaitlərin bölüşdürülməsindən ibarətdir. Hazırda bu, bələdiyyə orqanlarındakı üzvlərin sayı nəzərə alınmaqla baş verir. Ehtiyac varsa, biz bu mexanizmin təkmilləşdirilməsinin müzakirə edilməsində iştirak etməyə və bu müzakirələrin yekunu üzrə müvafiq düzəlişlər etməyə hazırıq".

Qeyd edək ki, gələn il dövlət büdcəsindən bələdiyyələrin maliyyələşdirilməsinə bu il olduğu kimi 5,2 milyon manat vəsait ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti