...

Azərbaycan Maliyyə Nazirliyi dövlət kapital qoyuluşlarının səmərəliliyini araşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 20:43 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi dövlət kapital qoyuluşlarının səmərəliliyini öyrənəcək.
Azərbaycan Maliyyə Nazirliyi dövlət kapital qoyuluşlarının səmərəliliyini araşdıracaq

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Maliyyə Nazirliyi dövlət kapital qoyuluşlarının səmərəliliyini öyrənəcək.

Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib:

"Biz mütəmadi olaraq belə araşdırmalar aparırıq. Başa düşmək lazımdır ki, kapital yatırıldığı halda birbaşa mənfəət qazandırmayan sahələr var, buna baxmayaraq, bunlar zəruridir. Məsələn, infrastruktur, yolların tikntisi, suvarma işləri. Bunlar birbaşa mənfəət gətirmir, lakin onlara vəsait yatırılmasa, kənd təsərrüfatına ziyan vurulacaq, gəlirləri azaldacaq və s".

Onun sözlərinə görə, vəsaitlərin ayırlması zamanı əsas meyar eyni layihəyə əlavə xərclərin olmamasına zəmanət verilməsidir.

S.Şərifov qeyd edib ki, eyni zamanda, dövlətin investisiya yatırılmasından birbaşa gəlir gözlədiyi sahələr mövcuddur. Buna enerji sahəsini misal çəkmək olar. Biz dövlət vəsaitlərinin səmərəli və məqsədyönlü xərclənməsini diqqətlə izləyirik".

Qeyd edək ki, gələn il Azərbaycanda dövlət investisiyalarının həcmi 7,37 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti