...

Qazaxda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2013 18:20 (UTC +04:00)
Bu gün Qazax rayonunda Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi”, “Bacarıqların inkişaf etdirilməsi” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Qazaxda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Bu gün Qazax rayonunda Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Layihələrin idarə edilməsi", "Bacarıqların inkişaf etdirilməsi" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə layihənin hazırlanması metodologiyası və onun həyata keçirilməsi yolları, vahid komanda formasında fəaliyyət göstərmək bacarığının formalaşdırılması, fəaliyyət planının və proqramının hazırlanması, layihənin büdcə planlaşdırılması və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq iştirakçılarına, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən, "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə geniş məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti