...

Oqtay Əsədov: 2014-cü ilin dövlət büdcəsi Azərbaycanın bugünkü iqtisadi reallıqlarını əks etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 12:53 (UTC +04:00)
Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsi ölkənin bugünkü iqtisadi reallıqlarını əks etdirir.
Oqtay Əsədov: 2014-cü ilin dövlət büdcəsi Azərbaycanın bugünkü iqtisadi reallıqlarını əks etdirir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsi ölkənin bugünkü iqtisadi reallıqlarını əks etdirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Milli Məclisin spikeri Oqtay Əsədov büdcə zərfinin parlamentdəki müzakirəsini açarkən bildirib.

Son on il ərzində ölkə iqtisadiyyatının uğurları barədə deputatları məlumatlandıran O.Əsədov bu tendensiyanın gələcəkdə də saxlanacağına ümidini ifadə edib: "Proqnozlara görə, 2013-cü ilin yekunu üzrə ölkə ÜDM-inin həcmi 55 milyard manat, illik artımda 4,5 faiz təşkil edəcək. 2014-cü il üzrə proqnoz göstərir ki, ÜDM-in həcmi 5,2 faiz artım sürəti ilə 58,6 milyard manata çatacaq. Şübhəsiz ki, bu göstəricilər qeyri-neft sektorunun inkişafı hesabına əldə olunmalıdır və bu vəzifələrin uğurla yerinə yetiriləcəyi aydındır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti