...

Samir Şərifov: Azərbaycan iqtisadiyyatının neft sektorunun qeyri-neft sektoru ilə əvəzlənməsi ən azı 2017-ci ilədək davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 13:48 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının neft sektorunun qeyri-neft sektoru ilə əvəzlənməsi tendensiyası ən azı 2017-ci ilədək davam edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2014-cü ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.
Samir Şərifov: Azərbaycan iqtisadiyyatının neft sektorunun qeyri-neft sektoru ilə əvəzlənməsi ən azı 2017-ci ilədək davam edəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan iqtisadiyyatının neft sektorunun qeyri-neft sektoru ilə əvəzlənməsi tendensiyası ən azı 2017-ci ilədək davam edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2014-cü ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gözləntilərə əsasən, gələn il ölkə ÜDM-i 5,2 faiz, yerli iqtisadiyyatın qeyri-neft sektoru isə 10 faiz artacaq: "2014-cü ildə dövlət büdcəsinin gəlirlər sektorunda qeyri-neft sahəsinin payının artması tendensiyası saxlanacaq".

S.Şərifov millət vəkillərini dövlət büdcəsinin əsas parametrləri haqqında məlumatlandırıb.

Nazir deyib ki, gələn il dövlət büdcəsinin gəlirləri 18,38 milyard manat təşkil edəcək: "2013-cü illə müqayisədə dövlət büdcəsinin xərcləri 1,6 faiz və ya 213 milyon manat artaraq 20,06 milyard manat təşkil edəcək. 2014-cü ildə büdcə gəlirlərinin həcminin azalmasının əsas səbəbi Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin azalması ilə əlaqədardır".

Onun sözlərinə görə, gələn il dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) hesabına təmin ediləcək: "Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7,1 milyard manatın, DGK xətti ilə isə 1,51 milyard manat məbləğin köçürülməsi planlaşdırılır".

Nazir qeyd edib ki, 2014-cü ilin dövlət büdcəsi layihəsi bütün mümkün faktor nəzərə alınmaqla tərtib edilib: "Sənədin özü və 2014-cü il, eləcə də növbəti 3 il üçün ölkənin sosial-iqtisadi inkişafı üzrə proqnozlar bütün müasir iqtisadi tendensiyalar nəzərə alınmaqla tərtib edilib. Əminliklə demək olar ki, büdcə zərfi qlobal iqtisadiyyatda mümkün mənfi hadisələrdən sığortalanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti