...

QKDK gələn il Azərbaycanda ilk IPO-nun keçirilməsini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2013 13:41 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü il ərzində ölkədə ilk IPO-nun keçirilməsini gözləyir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov deyib.
QKDK gələn il Azərbaycanda ilk IPO-nun keçirilməsini gözləyir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Əliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü il ərzində ölkədə ilk IPO-nun keçirilməsini gözləyir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov deyib.

B.Əzizov bildirib: "Biz gələn ilə böyük ümidlər bəsləyirik. Onlardan biri Bakı Fond Birjasında ilk IPO-nun - ilkin ictimai yerləşdirmənin keçirilməsidir".

Azərbaycanın bir neçə şirkəti IPO-nun keçirilməsinə maraq göstəriblər. Onlardan biri də elektron ödənişlər sahəsində ixtisaslaşan "GoldenPay" şirkətidir. Şirkət yerləşdirmənin keçirilməsinə hazırlaşır. "Goldenpay" ictimai yerləşdirməyə səhmlərinin təqribən 10 faizini çıxartmağı nəzərdə tutub.

B.Əzizov qeyd edib ki, hazırlıq prosesi davam edir: "Bundan başqa, bazarın peşəkar iştirakçıları və Dövlət Komitəsi ilə müxtəlif məsləhətləşmələr aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti