...

Bank Respublika cari hesabın artırılması və kreditlərin MilliÖN terminallarında ödənilməsi xidmətini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2013 17:55 (UTC +04:00)
İndi Bank Respublika müştəriləri vəsaitlərin cari hesablarına yatırılması əməliyyatlarını MilliÖN terminalları vasitəsilə həyata keçirə bilərlər.
Bank Respublika cari hesabın artırılması və kreditlərin MilliÖN terminallarında ödənilməsi xidmətini təklif edir

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

İndi Bank Respublika müştəriləri vəsaitlərin cari hesablarına yatırılması əməliyyatlarını MilliÖN terminalları vasitəsilə həyata keçirə bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, bu xidmət, həmçinin müştərilərə plastik kartların balansını artırmaq və kredit borclarını banka gəlmədən ödəmək imkanı yaradır. Hazırda MilliÖN şəbəkəsində 1500-dən artıq ödəniş terminalı xidmət göstərir.

Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılacaq. Yatırılan vəsait ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa, qalıq məbləğ cari hesabda tələb olunanadək saxlanılacaq. Kredit qrafikinə əsasən tələb olunan məbləğdən artıq məbləğdə kredit borcunun ödənilməsi üçün müştəri ona yaxın olan istənilən bank filialına bilavasitə müraciət etməlidir.

Plastik kart hesabına vəsaitin yatırılması bir iş günü ərzində və yaxud növbəti iş günündə (əməliyyat qeyri-iş günlərində aparılanda) yerinə yetirilir.

Bu xidmət vasitəsilə maksimum 3 min manat, dollar və ya avro yatırmaq mümkündür. Qeyd edək ki, əlavə olunan məbləğ cari hesabın valyutasına uyğun olmalıdır. Bu xidmət üçün heç bir komissiya haqqı tutulmur.

Yeni bank xidməti Bank Respublikanın məsafəli bankçılıq sahəsində tətbiq etdiyi yeniliklər silsiləsinin davamıdır. Hazırda bu səpkidə olan xidmətlərdən fəal istifadə olunanlar internet vasitəsilə kreditin onlayn ödənişi, MobilBank və bankomatlar şəbəkəsidir. Bunlardan əlavə, plastik kartların onlayn sifarişi və kredit almaq üçün onlayn müraciət ərizəsi bankın yeni müştəriləri arasında populyarlıq qazanıb.

Yaxın zamanda mövcud müştərilər üçün "Bankın internet şöbəsi" layihəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Bu xidmət vasitəsilə bank məhsulları ilə banka gəlmədən hərtərəfli istifadə etmək mümkün olacaq.

Yeni xidmət haqqında daha ətraflı məlumat bankın rəsmi səhifəsində dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti