...

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2013 16:16 (UTC +04:00)
Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqunla görüşüb.
Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqunla görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və gələcək istiqamətlərinin müzakirəsi olub.

H.Əsədov Azərbaycan və Türkiyə arasında aqrar sahədə mövcud əlaqələrdən danışıb, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, aqrar sahədə Türkiyə təcrübəsinə çox önəm verdiyini nəzərə çatdırıb və bu məqsədlə türk iş adamlarını Azərbaycana dəvət edib.

Nazir Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə iki ölkənin bu sahədə əməkdaşlığına Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) daha yaxından cəlb olunmasını, kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi mexanizmlərinin tətbiqi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsini, elmi-tədqiqat işlərinin nəticələrinin kənd təsərrüfatı məhsullarının istehsalında tətbiqi və ümumilikdə kənd təsərrüfatı sahəsində elmi tədqiqat infrastrukturunun təşkili sahəsində əməkdaşlığı, fermerlərin təşkilatlanması və kənd təsərrüfatı istehsalçıları birliklərinin yaradılması sahəsində təcrübə mübadiləsini, kənd təsərrüfatı istehsalçılarına kreditlərin verilməsi sahəsində təcrübə mübadiləsini, kənd təsərrüfatı heyvanlarının müasir tələblərə cavab verən kəsim qaydalarının tətbiqinin və heyvan kəsimi üçün mütərəqqi infrastrukturun yaradılması sahəsində təcrübə mübadiləsinin aparılmasını təklif edib.

Səfir İ.A.Coşqun hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da inkişafı üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti