...

"Unibank" tələbələrə kinoteatra pulsuz bilet qazanmaq imkanı təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2013 14:38 (UTC +04:00)
"Unibank" ALBALI kartı alan tələbələrə 28 Cinema-dan hədiyyə kampaniyasının müddətini uzatdı
"Unibank" tələbələrə kinoteatra pulsuz bilet qazanmaq imkanı təqdim edir

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

"Unibank" ALBALI kartı alan tələbələrə 28 Cinema-dan hədiyyə kampaniyasının müddətini uzatdı. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, indi gələn il yanvarın 15-dək ALBALI kartı alan tələbələrə 28 Cinema-ya bilet hədiyyə edilir. Belə ki, bu tarixədək 28 Cinema-dan gunorta seansına alınan, qiyməti 8 AZN-dək olan biletin dəyəri tələbənin ALBALI kartına qaytarılır. Qeyd edək ki, tələbələr üçün ALBALI kart almaq daha da asanlaşıb. Artıq hər bir tələbə yalnız tələbə biletini təqdim etməklə, "Unibank"dan 500 AZN -lik ALBALI kartı ala bilir.

Hər gün minlərlə vətəndaş, ölkənin 900-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində ALBALI kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

ALBALI kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp)

"Unibank" ALBALI istifadəçiləri üçün Facebook üzərindən unikal və ekskluziv platforma yaradıb. Hər gün yüzlərlə ALBALI istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə bilirlər. http://goo.gl/tYSd87

ALBALI kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından,

"Unibank"ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117
nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti