...

"Nə? Harada? Nə zaman?" yenə Unibank-da (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2013 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Unibank-ın əməkdaşları və partnyorları arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışması keçirilib.

Artıq 2-ci dəfədir təşkil edilən bu dostluq yarışması xoş ənənəyə çevrilib. 33 komandanın qatıldığı yarışmada komandalar 60 sualı cavablandırıblar. İştirakçı komandalardan 28-i partnyor şirkətlərin nümayəndələrindən, 5-i Unibank-ın əməkdaşlarından ibarət olub.

Partnyor şirkətlərdən Romantic, Millikart, Azərpoçt, 28 MALL, Qafqaz Media, Integral Plus, Bazarstore, Accessbank, AGBank, Ideal, World Telecom, Deloitte, Favorit Market, Dalğıc, Metak, Flexi Credi, Baku Elektronics, Business Insight, BTB, Express Group, Atəşgah, LC Waikiki, 28 Mall Cinema, AXA Mbask, Koton, RGA, Neptun Market öz komandaları ilə yarışmada iştirak ediblər. Oyunun suallarını bu məhşur oyunun baş prodüseri olan Balaş Qasımovun komandası hazırlayıb.

Gərgin rəqabət şəraitində 3 saat davam edən oyun hər bir iştirakçı üçün əsl sınaq oldu. Əsas məqsədin bilikləri yoxlamaq deyil, əməkdaşlı-tərəfdaşlı "Unibank" ailəsinə intellektli-əyləncəli bir gün yaşatmaq olduğu hədəflənən tədbirin sonunda sualları düzgün cavablandıran 3 komanda qalib seçilib. Xal hesabına görə, Unibank-ın "Maliyyə" komandası 1-ci yeri tutub. 2-ci yeri ən fəal tərəfdaşlardan olan "Romantic" geyim mağazaları şəbəkəsinin komandası, 3-cü yeri isə Unibank-ın "Əcəmi" komandası qazanıb.

Qaliblər oyunun kubokları və digər hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti