Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Axundov/
Azərbaycan və İtaliya birgə zeytun istehsalını inkişaf etdirmək barədə razılığa gəliblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın III iclasının yekunları ilə bağlı imzalanmış protokolun mətnində deyilir.
Hökumətlərarası komissiyanın iclası bazar ertəsi Bakıda keçirilib.
Bundan başqa, tərəflər gövşəyən heyvanların genetikasının yaxşılaşdırılması üzrə proqramın reallaşdırılması, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyəti şaxələndirmək barədə razılığa gəliblər.
Sənəddə qeyd edilir ki, tərəflər baytarlıq və bitkilərin mühafizəsi sahələrində əməkdaşlıq üzrə hökumətlərarası saziş layihələri üzərində işləyirlər.