...

2014-cü ildə Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 10:33 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 27 milyard manata bərabər götürülür.
2014-cü ildə Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 27 milyard manata bərabər götürülür.

Dünən dövlət başçısı 2014-cü ildə ARDNF-nin vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətlərinə (proqramı) dair fərman imzalayıb.

Trend-in məlumatına görə, bu il üçün proqnoz 25,2 milyard manat, 2012-ci il üçün 23 milyard manat, 2011-ci il üçün 19,4 milyard manat səviyyəsində formalaşmışdı.

Sənəddə deyilir: "2014-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir".

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri bunlardır:
- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
- Dövlət büdcəsinə transfert;
- Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
- 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;
- Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;
- Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində

Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
- Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
- TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti