...

PAŞA Bank növbəti dəfə "Azərbaycanın ən yaxşı investisiya bankı" seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 13:47 (UTC +04:00)
"International Finance Magazine" jurnalının qiymətləndirməsi əsasında 18 dekabr 2013-cü ildə Dubay şəhərində nüfuzlu "Financial Awards 2013" Mükafatlarının rəsmi təqdimat mərasimi keçirilmişdir.
PAŞA Bank növbəti dəfə "Azərbaycanın ən yaxşı investisiya bankı" seçilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

"International Finance Magazine" jurnalının qiymətləndirməsi əsasında 18 dekabr 2013-cü ildə Dubay şəhərində nüfuzlu "Financial Awards 2013" Mükafatlarının rəsmi təqdimat mərasimi keçirilmişdir.

Bankın cümə günü yaydığı məlumata görə, növbəti dəfə olaraq, ölkənin ən iri banklarından biri olan PAŞA Bank "Azərbaycanın ən yaxşı investisiya bankı" adlandırılmışdır.

PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor Taleh Kazımovun sözlərinə görə, beynəlxalq səviyyədə bu yeni qiymətləndirmə bir daha vurğulayır ki, PAŞA Bank düzgün istiqamətdə irəliləyir.

"Biz şadıq ki, səylə gördüyümüz iş diqqətdən kənar qalmır və növbəti dəfə dünyanın investisiya cəmiyyətinin yüksək qiymətini qazanır. Bu o deməkdir ki, bizim komandamız düzgün yol - ölkənin fond bazarının inkişaf etdirilməsi yolunu seçmişdir" - deyə T.Kazımov bildirmişdir.

Mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən jurnal hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır.
Xatırladaq ki, PAŞA Bank əvvəllər "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində də "Azərbaycanın ən yaxşı investisiya bankı" elan edilmişdir. Mükafatın təsisçisi "EMEA Finance" maliyyə jurnalı olmuşdur.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti