...

Mərkəzi Bankın regional mərkəzlərində pul nişanlarının ekspertizasının təşkili mövzusunda seminarlar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2013 12:11 (UTC +04:00)
Seminar zamanı iştirakçılarla kommersiya banklarında pul nişanlarının ekspertizası işinin təşkili zamanı tətbiq olunan texnoloji sistemlər, saxta əskinaslarla bağlı risklər və digər məsələlər barədə müzakirələr aparılmışdır.
Mərkəzi Bankın regional mərkəzlərində pul nişanlarının ekspertizasının təşkili mövzusunda seminarlar keçirilib

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Respublikası Mərkəzi Bankında pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən biznes proseslərin yaradılması layihəsi çərçivəsində 28 noyabr-20 dekabr 2013-cü il tarixlərində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsi, Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar, Gəncə və Quba Regional Mərkəzlərində kommersiya banklarının nağd pul sferasında çalışan əməkdaşları üçün pul nişanlarının ekspertizasının təşkili mövzusunda nəzəri-praktiki seminarlar təşkil olunmuşdur.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminar iştirakçılarına pul nişanlarının mühafizə fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması mövzusunda təqdimat keçirilmiş, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və sair məsələlər barədə məlumatlar verilmişdir.

Seminar zamanı iştirakçılarla kommersiya banklarında pul nişanlarının ekspertizası işinin təşkili zamanı tətbiq olunan texnoloji sistemlər, saxta əskinaslarla bağlı risklər və digər məsələlər barədə müzakirələr aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti