...

Unibank-a kredit ödənişləri zamanı heç bir komissiya tutulmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2013 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Unibank.az və hesab.az vasitəsi ilə Unibank-a kredit ödənişləri zamanı heç bir komissiya tutulmayacaq. Unibank müştərilərdən tutulan komissiya xərcini öz üzərinə götürüb.

Bankdan Trend-ə daxil olan məlumata görə, indiyədək MilliKart üzvü olmayan bank kartları ilə onlayn kredit ödənişləri zamanı 1.18% əlavə komissiya tutulurdu.

Çoxdandır ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibank-ın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilir.

Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti