...

Albalı kimlərə qazandırdı?

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2014 15:21 (UTC +04:00)
Unibank-ın Albalı kart sahibləri üçün keçirdiyi "Albalı kartınızla alış-veriş edin və qazanın" tirajlı stimullaşdırıcı lotereyasının qalibləri məlum oldu.
Albalı kimlərə qazandırdı?

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Unibank-ın Albalı kart sahibləri üçün keçirdiyi "Albalı kartınızla alış-veriş edin və qazanın" tirajlı stimullaşdırıcı lotereyasının qalibləri məlum oldu.

Bankdan Trend-ə verilən məlumata görə, münsiflər heyəti tərəfindən elekton seçmə üsulu ilə seçilən 35 qalibdən 25-i 100 AZN, 5 nəfər 500 AZN, 5 qalib isə 1000 AZN pul mükafatına sahib olublar. Ümumilikdə uduş tirajı 1 mln. 300 min şans üzrə keçirilib. Qaliblərin siyahısı Unibank.az saytında və "525-ci qəzet"in bugünkü sayında dərc olunub.

Qeyd edək ki, oktyabrın 24-dən dekabrın 31-dək davam edən lotereya oyunu müddətində Albalı kartı ilə (o cümlədən 28 Mall Albalı kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edib. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilib (28 Mall Albalı ilə 28 Mall-da edilən belə əməliyyat isə iki şans kimi dəyərləndirilib).

Hər gün minlərlə vətəndaş ölkənin 1000-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində Albalı kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. Albalı kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti