...

BMT 2014-cü ildə Azərbaycanda ÜDM-in artımını 5 faiz səviyyəsində proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2014 15:51 (UTC +04:00)
BMT 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımını 5 faiz səviyyəsində proqnozlaşdırır.
BMT 2014-cü ildə Azərbaycanda ÜDM-in artımını 5 faiz səviyyəsində proqnozlaşdırır

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A,Axundov/

BMT 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımını 5 faiz səviyyəsində proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə təşkilatın "2014-cü ildə dünyanın iqtisadi vəziyyəti və perspektivləri" ("World Economic Situation and Prospects 2014") adlı məruzəsində deyilir.

Analoji proqnoz 2015-ci il üçün də formalaşdırılıb.

Azərbaycan hökuməti 2014-cü ildə ÜDM-in artımını 4,7 faiz səviyyəsində proqnozlaşdırır.

2013-cü ildə Azərbaycanda ÜDM-in real artımı 5,8 faiz, qeyri-neft sektorunda ÜDM-in artımı isə 9,8 faiz olub. 2013-cü ilin yekunları üzrə ölkə ÜDM-i 57 milyard manatadək artıb.

BMT 2014-cü ildə Azərbaycanda işsizliyin səviyyəsinin 5,4 faiz, 2015-ci ildə isə 5,5 faiz səviyyəsində olacağını gözləyir. Hökumətin məlumatına görə, 2013-cü ildə ölkədə işsizliyin səviyyəsi 5 faizədək azalıb.

Bundan başqa, BMT-nin gözləntilərinə görə, Azərbaycanda inflyasiya 2014-cü ildə 5 faiz, 2015-ci ildə isə 4,5 faiz təşkil edəcək.

2013-cü ilin yekunları üzrə Azərbaycanda inflyasiya 2,4 faiz səviyyəsində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti