...

Bakı-Naxçıvan aviareysləri cədvələ uyğun həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 17:44 (UTC +04:00)
Bakı-Naxçıvan marşrutu üzrə axşam aviareysləri gündüz saatlarında ləngimələrə baxmayaraq, cədvələ uyğun həyata keçiriləcək.
Bakı-Naxçıvan aviareysləri cədvələ uyğun həyata keçiriləcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Axundov/

Bakı-Naxçıvan marşrutu üzrə axşam aviareysləri gündüz saatlarında ləngimələrə baxmayaraq, cədvələ uyğun həyata keçiriləcək. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Aeroportdan qeyd ediblər ki, yanvarın 24-də Bakı-Naxçıvan marşrutu üzrə təyyarələr Bakı vaxtı ilə saat 18:40 və 23:50-də uçacaqlar.

Qeyd edək ki, yanvarın 24-də Naxçıvanda əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi aviareyslər yubanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti