...

Yanvarda Azərbaycan gömrüyü dövlət büdcəsinə illik proqnozdan 6 faiz çox vəsait köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2014 12:00 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 97,31 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozdan 6,4 faiz çoxdur.
Yanvarda Azərbaycan gömrüyü dövlət büdcəsinə illik proqnozdan 6 faiz çox vəsait köçürüb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 97,31 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozdan 6,4 faiz çoxdur. Bu barədə Trend bazar ertəsi Komitənin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, yanvarda gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 19,04 milyon manat, idxal edilən mallların əlavə dəyər vergisi 73,53 milyon manat, aksizlər 3,55 milyon manat, yol vergisi isə 1,19 milyon manat təşkil edib.

DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti