...

Bank VTB (Azərbaycan) ASC-nin "İdeyalar Bankı" müsabiqəsinin başa çatmasına ay yarım vaxt qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2014 14:14 (UTC +04:00)
Bank VTB (Azərbaycan) tərəfindən ötən ilin noyabrında başlamış "İdeyalar Bankı" müsabiqəsinə 2014-cü il martın 25-də yekun vurulacaq.
Bank VTB (Azərbaycan) ASC-nin "İdeyalar Bankı" müsabiqəsinin başa çatmasına ay yarım vaxt qalıb

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bank VTB (Azərbaycan) tərəfindən ötən ilin noyabrında başlamış "İdeyalar Bankı" müsabiqəsinə 2014-cü il martın 25-də yekun vurulacaq.

Müsabiqə iştirakçıları bank məhsullarının və xidmətlərinin yaxşılaşdırılmasına dair ideyalarını təqdim edirlər.

Layihədə arzu edən hər kəs iştirak edə bilər. Maraqlı ideyalar təklif edən iştirakçılara bank tərəfindən pul mükafatları təqdim olunacaq.

Mükafat fondu "Orijinal ideya", "İnnovativ ideya" və "Qızıl ideya" nominasiyaları üzrə paylaşdırılıb.

Xatırladaq ki, layihədə iştirak etmək üçün aşağıda qeyd olunmuş mövzular üzrə ideyaları [email protected] elektron ünvanına göndərmək lazımdır:

• bankda müştərilərə göstərilən xidmətin sürətini artırmaq üçün gərəkli addımlar;
• məhsulların çeşidinin artırılması;
• bankda xidmətin keyfiyyətinin yaxşılaşdırılması;
• mövcud proses və texnologiyaların optimallaşdırılması və yaxud yenilərinin yaradılması vasitəsilə bankın fəaliyyətinin səmərəliliyini artırmaq

"İdeyalar Bankı" müsabiqəsinin 50-dən artıq iştirakçısı öz ideyalarını Bank VTB-yə (Azərbaycan) göndərib. Layihənin bəzi iştirakçıları eyni zamanda bir neçə bank məhsulu üzrə təkliflər paketini göndərirlər.

Müvafiq layihələr bank xidmətlərinin aktiv istifadəçiləri ilə əks əlaqənin vacibliyini bir daha sübut edir.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti