...

Azərbaycan avtomobil idxalını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2014 23:20 (UTC +04:00)
Azərbaycan 2014-cü ilin yanvarında 6 477 ədəd avtomobil idxal edib.
Azərbaycan avtomobil idxalını azaldıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan 2014-cü ilin yanvarında 6 477 ədəd avtomobil idxal edib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu rəqəm 2012-ci ilin müvafiq dövründə 7 129 ədəd olub.

İdxal edilən avtomobillərin 5 925-i insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-ci ilin yanvarında bu göstərici 6 497 ədəd təşkil edib.

Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə bu göstərici 89 652 ədəd təşkil edib.

Bundan başqa, yanvarda ölkəyə 512 yük avtomobili idxal edilib. 2013-ci ilin eyni dövründə bu rəqəm 452-yə bərabər olub. Yanvarda idxal edilən avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələri olub.

2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti