...

TuranBank "facebook" istifadəçiləri üçün fotomüsabiqəyə start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2014 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

TuranBank-ın "Novruz adət-ənənələri" adı altında "facebook" istifadəçiləri arasında keçirdiyi fotomüsabiqənin mövzusunu Novruz bayramı, onun atributları, oyunlar, rəqslər, Su, Od, Yel və Torpaq çərşənbələri təşkil etməlidir.

Bankdan Trend-ə verilən məlumata görə, müsabiqədə yalnız hər bir iştirakçı müəllif tərəfindən çəkilən real şəkillər iştirak edə bilər. İnternet və ya digər resurslardan əldə edilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq. Çəkilmiş fotoşəkillərin keyfiyyətini və görünüşünü proqramlar vasitəsilə dəyişməyə icazə verilmir.

Müsabiqədə iştirak etmək üçün iştirakçılar TuranBank-ın "facebook" səhifəsini (https://www.facebook.com/TuranBankASC) bəyənməli və öz fotoşəkillərini səhifədə yerləşdirməlidirlər.

24 fevral - 24 mart tarixləri arasında keçiriləcək aksiya ərzində ən çox bəyənilən şəkillərin sahiblərindən üç nəfər nəticələrdən asılı olaraq fotoaparat, mobil telefon və planşetdən ibarət qiymətli hədiyyələrdən biri ilə mükafatlandırılacaq.

TuranBank-ın "Novruz adət-ənənələri" aksiyası haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Bank qeyd olunan aksiya ilə yanaşı, Novruz bayramında müştərilərini sevindirmək məqsədilə yeni "Baden-Badenə səyahət" kampaniyasına başlayıb. Kampaniyanın şərtlərinə əsasən, fevral ayının 21-ndən mart ayının 19-dək (daxil olmaqla) bankın bütün satış nöqtələrində 2000 AZN-dən 10 000 AZN-dək istehlak krediti (Kiçik Həcmli İstehlak, Müəllim, Səhiyyə, Hərbçi, Təqaüdçü, Tələbə və Yubiley kreditləri) alan hər 100-cü müştəri Baden-Baden şəhərinə səyahət turu qazanacaq. Səyahət paketinə aviabilet, səyahət sığortası və mehmanxanada bir həftəlik qalma haqqı daxildir. Kampaniyada bankın istər mövcud, istərsə də yeni müştəriləri iştirak edə bilərlər.

"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirib. Bundan başqa, adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə "TuranBank" Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə Hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBank-ın "MasterCard" məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq, müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti