...

Bakı Fond Birjası investisiya qiymətli kağızları ilə repo əməliyyatlarının aparılmasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2014 19:11 (UTC +04:00)
Bu gündən etibarən Bakı Fond Birjası (BFB) QSC investisiya qiymətli kağızları ilə REPO/əks-REPO əməliyyatlarının aparılmasına başlayır.
Bakı Fond Birjası investisiya qiymətli kağızları ilə repo əməliyyatlarının aparılmasına başlayır

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir A.Axundov/

Bu gündən etibarən Bakı Fond Birjası (BFB) QSC investisiya qiymətli kağızları ilə REPO/əks-REPO əməliyyatlarının aparılmasına başlayır.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, repo predmeti olaraq, BFB-də market-meyker tərəfindən likvidliyi təmin olunmuş korporativ istiqrazlar təsdiq edilib.

BFB ilə Milli Depozit Mərkəzi arasında18 fevral 2014-cü ildə imzalanmış "Repo predmeti olan qiymətli kağızların Bakı Fond Birjası QSC-də repo predmeti olaraq təsdiq edilməsi və onlar üzrə təminat həcminin müəyyən olunması üzrə" razılaşmaya əsasən, aşağıdakı qiymətli kağızlar repo predmeti olaraq təsdiq olunub:

Emitent

Dövlət qeydiyyat nömrəsi

Qiymətli kağızların növü

Təminat həcmi

(təminat əmsalı, faizlə)

1.

Unibank ASC

AZ2008002027

faizli, sənədsiz, adlı istiqraz

40%

2.

"Bakcell LTD" MMC

AZ2001009466

faizli, sənədsiz, adlı istiqraz

40%

3.

Bank of Baku ASC

AZ2006005360

faizli, sənədsiz, adlı istiqraz

40%

4.

AGBank ASC

AZ2005000974

faizli, sənədsiz, adlı istiqraz

40%

5.

FİNCA Azərbaycan Qeyri-Bank Kredit təşkilatı MMC

AZ2001019200

faizli, sənədsiz, adlı istiqraz

40%

6.

Unibank ASC

AZ2009002026

faizli, sənədsiz, adlı istiqraz

40%

7.

Unileasing QSC

AZ2006005196

faizli, sənədsiz, adlı istiqraz

40%

8.

AccessBank QSC

AZ2001004285

faizli, sənədsiz, adlı istiqraz

40%

9.

Bank of Baku ASC

AZ2007005369

faizli, sənədsiz, adlı istiqraz

40%

10.

Bank of Baku ASC

AZ2008005368

faizli, sənədsiz, adlı istiqraz

40%

11.

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu

Bütün cari və növbəti buraxılışlar

İpoteka istiqrazları

0%

Repo predmeti olaraq təsdiq olunmuş qiymətli kağızların siyahısına yeni qiymətli kağızlar əlavə olunduqda və ya çıxarıldıqda bu məlumatlar BFB-nin internet səhifəsi vasitəsilə açıqlanacaq.

Eyni zamanda, BFB-də Azərbaycan Maliyyə Nazirliyinin istiqrazları və Azərbaycan Mərkəzi Bankının notları ilə repo əməliyyatları aparılır.

Qeyd edək ki, BFB-də korporativ istiqrazlarla repo əməliyyatlarının keçirilməsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 14 fevral 2011-ci il tarixində təsdiq olunmuş "İnvestisiya qiymətli kağızlarla repo əməliyyatlarının aparılması Qaydaları"na, QKDK tərəfindən 1 fevral 2001-ci ildə təsdiq olunmuş "Dövlət qiymətli kağızları ilə Azərbaycan Respublikası Milli Bankının REPO/əks-REPO əməliyyatlarının aparılması haqqında Qaydalar"a və BFB tərəfindən 15 oktyabr 2012-ci il tarixdə təsdiq edilmiş "Bakı Fond Brjasında investisiya qiymətli kağızlarla repo əməliyyatlarının aparılmasına dair qaydalar"a müvafiq olaraq aparılacaq.

2013-cü ildə korporativ qiymətli kağızlar bazarı 52,88 faiz artaraq dövriyyəsi 1,388 milyard manata çatıb. Repo əməliyyatlarının həcmi isə 3,61 faiz azalaraq 6,609 milyard manata çatıb.

Azərbaycan İpoteka Fondu 2013-cü ildə 57 milyon manat dəyərində istiqraz yerləşdirib, ipoteka kreditləşməsinin başlamasından etibarən isə bu rəqəm ümumilikdə 300 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti