...

Azərbaycan gömrüyü ödənişlər üzrə illik proqnozun təqribən 13 faizini dövlət büdcəsinə ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2014 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-fevral aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 196,64 milyon manat ödəyib ki, bu da ilik proqnozun 12,94 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə DGK-nin rəsmi saytında dərc edilən hesabatda deyilir.

Fevralda ödənişlər 99,327 milyon manat təşkil edib. Hesabata əsasən, fevralda gömrük rüsumlarından daxilolmalar 19,02 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 75,46 milyon manat, aksizlər üzrə 3,73 milyon manat, yol vergisi üzrə isə 1,12 milyon manat təşkil edib.

2014-cü il üçün DGK xətti ilə ödənişlər proqnozu 1,52 milyard manat həcmində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti