Azərbaycan, Bakı, 14 mart /Trend/
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Qəbələdə vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev martın 28-də saat 11:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 May küçəsi, 40) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.