...

FHN: Azərbaycanda tikililərin sıxlığına nəzarət ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2014 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Əliyev/

Azərbaycanda tikililərin sıxlığına tam nəzarət ediləcək. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bazar ertəsi Bakıda "Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

C.Xanlarov bildirib: "Bu tələbə əməl olunmasına nəzarət son dərəcə ciddi olacaq. Müvafiq norma və qaydalar artıq tərtib olunub və yaxın vaxtlarda təsdiq ediləcək".

Dövlət agentliyinin rəhbəri xatırladıb ki, 2013-cü ildə Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minib: "Məcəllənin 69-cu maddəsi tikilməkdə olan və ya artıq tikilmiş binalar arasında obyektlərin hündürlüyündən, yerləşdiyi yerdən, təyinatından və sairədən asılı olaraq tikililərarası məsafəyə tələbləri müəyyən edir. Həmin məkanda istənilən tikintinin aparılması qadağan ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti