...

"Atəşgah" Sığorta Şirkəti növbəti tenderin qalibi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 12:56 (UTC +04:00)
Şirkətdən Trend-ə verilən məlumata görə, belə ki, Mərkəzi Klinik Xəstəxana əmlak və peşə məsuliyyəti sığortası üzrə elan etdiyi tender prosedurunu yekunlaşdırıb.
"Atəşgah" Sığorta Şirkəti növbəti tenderin qalibi olub

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Atəşgah" Sığorta Şirkəti növbəti tenderin qalibi olub.

Şirkətdən Trend-ə verilən məlumata görə, belə ki, Mərkəzi Klinik Xəstəxana əmlak və peşə məsuliyyəti sığortası üzrə elan etdiyi tender prosedurunu yekunlaşdırıb.

Tender komissiyasının qərarına görə 5 lot üzrə - klinika binasının sığortası, tibbi və elektron avadanlığın sığortası, nəqliyyat vasitələrinin kompleks sığortası və peşə məsuliyyətinin sığortası üzrə qalib "Atəşgah" Sığorta Şirkəti elan edilib.

"Atəşgah" Sığorta Şirkəti 1996 - cı ilin sonunda təsis edilib. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir.

2013-cü ilin nəticələrinə görə, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 61,2 mln. AZN, ödənişləri isə
18 mln. AZN təşkil etmişdir. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti