...

Podratçı: Abşeron göllərinin bərpası dövlət hesabına həyata keçiriləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 12:37 (UTC +04:00)
Abşeron yarımadasında 9 çirklənmiş gölün bərpası üzrə işlər tamamilə dövlət vəsaitləri hesabına həyata keçiriləcək.
Podratçı: Abşeron göllərinin bərpası dövlət hesabına həyata keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Əliyev/

Abşeron yarımadasında 9 çirklənmiş gölün bərpası üzrə işlər tamamilə dövlət vəsaitləri hesabına həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə layihənin podratçısı "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Z.İbrahimov Abşeron yarımadasının göllərinin bərpası layihəsi üzrə yekun hesabatın təqdimatında deyib: "Layihə 9 gölü (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) əhatə edir. Layihəyə Türkiyədə, Qazaxıstanda, Xorvatiyada və digər ölkələrdə göllərin bərpasında böyük təcrübəyə malik olan Niderlandın "Witteveen+Bos" şirkəti cəlb edilib. Məsləhətçi bütün lazımi ölçmələri, tədqiqatları aparıb, hər bir ayrıca göl üzrə konseptual layihə hazırlanıb. İşlərin görülməsi üzrə minimal və maksimal ssenarilər hazırlanıb. Ona görə də indiki mərhələdə onların yerinə yetirilməsi üçün hansı həcmdə vəsaitin lazım olduğunu söyləmək tezdir".

Onun sözlərinə görə, bəzi göllərin vəziyyəti kifayət qədər ağırdır: "Zığ gölü daha çox çirklənib. Qeyd etmək lazımdır ki, ekoloji sistemə dəyən ziyandan asılı olmayaraq göl tamamilə qurudulmayacaq. Lakin xüsusilə ağır, çirklənmənin səviyyəsinin bunsuz keçinməyin mümkün olmadığı hallarda həmin gölün sahəsinin azaldılması proseduru aparılacaq".

Layihənin təqdimatı zamanı ölkənin Nazirlər Kabinetinin, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat nazirliklərinin, FHN-in, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin, ARDNŞ-nin, "Azərsu" ASC-nin və digər idarələrin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti