...

Azərbaycanda sərmayələrin 30 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2014 19:27 (UTC +04:00)
2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib.
Azərbaycanda sərmayələrin 30 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bütün maliyyə mənbələrindən əsas kapitala 3,1 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz çox vəsait yönəldilib, onun 67,5 faizi daxili mənbələr hesabına təmin edilib.

Sərf edilmiş sərmayələrin 70,0 faizi məhsul istehsalı, 30,0 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 49,5 faizini təşkil edib.

2014-cü ilin yanvar-mart aylarında Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 373,6 min kvadratmetr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 390 yerlik məktəbəqədər təhsil müəssisələri və digər obyektlər istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti