...

Bakı Fond Birjası listinq məsləhət proqramı buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 13:56 (UTC +04:00)
Bu həftə Bakı Fond Birjası emitent və investorlar üçün listinq məsləhət proqramı buraxır. Bu barədə çərşənbə axşamı Trend-ə müsahibəsində Bakı Fond Birjasının (BFB) rəhbəri Fariz Əzizov bildirib.
Bakı Fond Birjası listinq məsləhət proqramı buraxır

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Əliyev/

Bu həftə Bakı Fond Birjası emitent və investorlar üçün listinq məsləhət proqramı buraxır. Bu barədə çərşənbə axşamı Trend-ə müsahibəsində Bakı Fond Birjasının (BFB) rəhbəri Fariz Əzizov bildirib.

F.Əzizov deyib: "BFB daimi olaraq emitentlərin, həmçinin onların əməkdaşlarının məlumatlandırılmasının, onların qiymətli kağızlar bazarının alətlər dəsti vasitəsi ilə kapitallaşdırmanın artım potensialı sahəsində biliklərinin artırılması üzrə müxtəlif layihələr həyata keçirir. Biz bu layihə çərçivəsində bu istiqamətdə institusionallaşmağa başlayırıq".

Onun sözlərinə görə, birja listinq məsləhət proqramı tərəfdaşları ilə birlikdə bu il ərzində təxminən 50-60 şirkətin nümayəndələri üçün "dəyirmi masa"lar keçirməyi, eləcə də BFB listinqində şirkətlərin iştirakının üstünlük potensialının öyrənilməsi məqsədi ilə şirkətlərlə fərdi konsultasiya işləri aparmağı planlaşdırır.

Proqramın reallaşdırılmasına aprelin 16-dan başlanacaq. Bununla əlaqədar təntənəli təqdimat keçiriləcək: "Birjanın funksiyalarından bir hissəsi işgüzar cəmiyyətin fəaliyyətimiz haqqında, eləcə də yerli qiymətli kağızlar bazarının potensialı haqqında məlumatlılığının artırılması, şirkətlərlə, emitentlərlə onların qiymətli kağızlar bazarına cəlb edilməsi mövzusunda məsləhətləşmələrin aparılmasıdır. Axı uğurlu fond birjası yerli, perspektivdə isə xaricdəki emitentlər üçün genişləndirilmiş əlçatan maliyyə imkanları təqdim edən birjadır. Biz şirkətlərin prinsip etibarilə kapitallaşmaya belə nəzəri yanaşmanın əhəmiyyətini anladıqları, amma bu sahədə vərdişlərinin, təcrübələrinin, bəzən isə təcrübi müşahidələrin çatışmadığı zaman müəyyən problemlərlə üzləşirik. Ölkədə səhmdar cəmiyyətləri özəlləşdirmə proseslərinin mirası kimi yaradılırdı. Bəzən, təsərrüfatçılığın belə formasının üstünlükləri tam ölçüdə dərk edilmirdi".

Onun fikrincə, hələ ki bazarda ümumiyyətlə, nəzərdən keçiriləcək, təcrübə qazanılacaq və həmçinin nümunə götürüləcək şirkətlər elə də çox deyil: "Lakin hər halda potensial emitentlərlə, onların davranış modelinin öyrənilməsi ilə bağlı uğurlu nümunələr var. Uğurlu yerləşdirmə aparmaq o qədər də asan deyil: əgər bu proses intuitiv olaraq ixtisaslaşmamış əməkdaşlara etibar edilrəsə, onda nəticədə yerləşdirməyə maraq aşağı ola bilər, adamlar alışa lazımi maraq göstərməzlər və belə yerləşdirmə baş tutmamış hesab ediləcək. Bu isə hər hansı təşkilatın imicinə zərbədir. Elə vəziyyət yaranır ki, şirkət prinsip etibarilə birjada iştirakda maraqlıdır, amma bunu necə düzgün etmək barədə məlumata malik deyil, həm də ona görə ki, bazarda nümunələr azdır. Bizim vəzifəmiz diqqəti bu istiqamətə cəlb etmək, lazımi bilik və nümunələr təqdim etmək, ekspertləri cəlb etmək, eləcə də proqram iştirakçılarına məsələnin hüquqi, maliyyə tərəflərini açmaqdır".

Hətta bu cür dar xüsusi məsələ kimi görünən iki manatlıq və beş min manatlıq nominallı səhmlərin buraxılışı şirkətlər üçün tamamilə müxtəlif bazar modelləridir. Səhmləri iki manatlıq nominalla buraxaraq emitent səhmdarlar strukturunun xırdalanmasına razılaşır. Amma bir səhmin dəyərini mümkün olmayan böyük edərək, emitent auditoriyanı hədəfləyir, yüksək kəndar verir və kəndar nə qədər yuxarı olursa, investorların dairəsi də daha məhdud olur. Digər tərəfdən belə investorlar əsasən daha çox hazırlıqlı olurlar.

Əzizov bildirib: "Hətta bu cür xırda detallar şirkətə təsir edə bilər, bu vərdişlər təcrübə ilə qazanılır".

Onun sözlərinə görə, birjanın bu proqram çərçivəsində artıq tərəfdaşları var. Hazırda yeddi şirkət tərəfdaş olmağa razılaşı: bunlar dörd broker təşkilatı (Pasha Capital, İnvestAZ, Standart Capital, Chelsea Capital), iki hüquqi (Dentons, Baker and McKenzie) və bir auditor (KPMG) şirkətidir. Onlar ödənişsiz əsasda informasiya seminarları təşkil etməyə hazırdırlar. Həmin seminarlarda şirkətlər toplaşaraq qiymətli kağızlar bazarına çıxışın müxtəlif aspektlərini və problemlərini müzakirə edə bilərlər: "Maarifləndirici təşəbbüs də var. Onun çərçivəsində arzu edənlər üçün yerli bazarın xüsusiyyətləri nəzərə alınaraq treninqlər təşkil olunacaq.Proqramda iştirak etməkdə olan istənilən şirkət bilavasitə BFB-na müraciət edə bilər".

Onun sözlərinə görə, layihə Azərbaycan Qiytmətli Kağızlar Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir və 2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət proqramı çərçivəsində reallaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti