...

Azərbaycan Aİ ilə pensiya-sığorta sahəsində tvinning layihəsi üzrə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 16:23 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Avropa İttifaqı (Aİ) ilə pensiya-sığorta sahəsində tvinninq layihəsi üzrə müqavilənin imzalanması prosedurunu başa vurub.
Azərbaycan Aİ ilə pensiya-sığorta sahəsində tvinning layihəsi üzrə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Avropa İttifaqı (Aİ) ilə pensiya-sığorta sahəsində tvinninq layihəsi üzrə müqavilənin imzalanması prosedurunu başa vurub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev bildirib.

O, qeyd edib ki, hazırda Aİ ilə ictimaiyyətin bu layihə barədə məlumatlandırılması üzrə danışıqlar aparılır.

Fond sədrinin sözlərinə görə, avropalı ekspertlər qarşıdakı iki il ərzində Azərbaycanda pensiya-sığorta sisteminin yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının fəaliyyəti ilə əlaqədar təkmilləşdirilmiş qanunların hazırlanmasında DSMF-yə kömək edəcəklər.

Əmək pensiyalarının yığım hissəsi sığortalanmış şəxslərin fərdi hesablarında real pensiya kapitalının yığımını, həmin şəxslərin pensiya yaşına çatana qədər bu vəsaitlərin idarə olunmasının köməyi ilə onun məbləğinin artmasından sonra qanunvericiliklə müəyyən edilmiş qaydada onun pensiya təminatına göndərilməsini nəzərdə tutur. Azərbaycanda özəl təqaüd fondlarının işi üzrə qanunverici bazanın hazırlanmasını 2015-ci ildə başa çatdırmaq planlaşdırılır və bu prosesdə Azərbaycan tərəfinə Litva və Almaniyadan məsləhətçilər kömək edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti