Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Əliyev/
"Paşa Bank" ölkənin regionlarında filial şəbəkəsini xeyli genişləndirmək niyyətindədir. Bunu Trend-ə bankın İdarə Heyətinin sədri Fərid Axundov deyib.
Onun sözlərinə görə, mayın 15-də Gəncədə bankın biznes mərkəzinin açılışı olacaq, ayın sonunadək isə analoji mərkəz Zaqatalada işə salınacaq.
"Paşa Bank"ın biznes mərkəzləri bankın əsasən korporativ müştərilərinə xidmət edir. Azərbaycan Mərkəzi Bankı onların bankın filialları kimi təsnifatını aparır.
O, qeyd edib ki, ilin sonunadək bank Qubada da filial açacaq: "Bu filial aktiv fəaliyyətə gələn il başlayacaq. Bundan başqa, 2015-ci ildə Lənkəranda da biznes mərkəz açmaq niyyətindəyik".
Hazırda bankın filial şəbəkəsi Bakıdakı 4 biznes mərkəzlə təmsil olunub.